BURADA REKLAMINIZ OLA
BİLƏR

Axundu bıçaqlayan şəxs kassasiya şikayəti verdi

Lənkəranda məscidin həyətində axundu bıçaqlamaqda təqsirləndirilən Çingiz Əlizadənin barəsindəki məhkəmə qərardan kassasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq.


Məhkəmə iclasının vaxtı hələlik açıqlanmayıb.


Qeyd edək ki, hadisə 2022-ci ilin sentyabr ayında Ləkəran rayonunun Lüvəsər kənd məscidində baş verib. Kənd sakini Ç.Əlizadə səhər saatlarında sübh namazı zamanı məscidin axundu, 1985-ci il təvəllüdlü Taleh Əliyevə çoxsaylı bıçaq zərbələri endirib.


Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ç.Əlizadə Cinayət Məcəlləsinin 29, 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinərək 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan müdafiə tərəfi apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi onun cəzasını 10 ilə endirilib. Qərara əsasən, Ç.Əlizadənin ittiham olunduğu Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif olunub.

 

Kamal Məmmədov 

Tarix: 9 Aprel 2024, 09:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin