BURADA REKLAMINIZ OLA
BİLƏR

Tural Əhmədov: "Həmin şəxs diplomun tanınması üçün müraciət edirsə, imtina vermək məcburiyyətində qalırıq..."

"Kvalivasiyaların ekspertizası ilə əlaqədar nəticələri ictimaiyyətə açıqlayırıq. Təəssüf ki, imtina sayları da olur. Sözsüz ki, son bir ildə qaydalara edilən dəyişikliklərdən irəli gələrək müəyyən liberallaşma baş verib, müsahibə məsələsi aradan qaldırılıb. İmtina halları üçün hüquqi çərçivədə tənzimlənən əsaslardan biri müvafiq ali təhsil müəssisəsinin akkreditasiyasının lisenziyasının olmamasıdır. Əgər vətəndaşımız Gürcüstanda Ukrayna ali təhsil müəssisəsinin filialı kimi fəaliyyət göstərən və heç bir akkreditasiyası olmayan təhsil müəssisəsindən əldə etdiyi diplomun tanınması üçün müraciət edirsə, biz də qaydalara əsasən, imtina vermək məcburiyyətində qalırıq. Təəssüf ki, hələ də bu fakt var".

 

Pravda.az xəbər verir ki, bu sözləri Təhsildə Keyfiyyətin Təşkili Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov jurnalistlər üçün "Kvalifikasiyaların tanınması (Xarici kvalifikasiyalar, Qeyri-formal və informal təhsilin tanınması" mövzusunda keçirilən tədbirdə deyib.

 

Onun sözlərinə görə, imtina üçün ikinci səbəb müvafiq tədris proqramından irəli gəlir: "Vətəndaş müraciət edirdisə, onun əldə etdiyi kredit sayı az idisə, biz ondan imtina etmək məcburiyyətində qalırdıq. Bu gün isə biz ona qismən tanınma verə bilirik ki, ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrinə keçid etməklə müvafiq təhsil səviyyəsi üzrə təhsilini davam etdirsin".

 

Aytəkin Qardaşova

Tarix: 9 Aprel 2024, 11:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin