BURADA REKLAMINIZ OLA
BİLƏR

Təhsildə Keyfiyyətin Təşkili Agentliyi vətəndaşlara müraciət etdi: Universitet seçimi edərkən araşdırın

"Vətəndaşlarımız arzu və istəklərinə uyğun müxtəlif ölkələrdə təhsil almaq hüququndan istifadə edə bilərlər. Təəssüf ki, mərkəzləşdirilmiş imtahanda iştirak etməyən, yaxud iştirak edib əhəmiyyətli dərəcədə zəif nəticə göstərən vətəndaşlarımızın bir hissəsi məhz asan qəbul əldə etmək üçün bir çox ölkələrə üz tuturlar. Bu asan yolla qəbul istəkləri nəticədə əldə etdikləri kvalivasiyaların yekunlarının tanınması üçün müraciətin ekspertiza nəticəsi göstərir ki, onların akademik nailiyyətləri arzulanan səviyyədə deyil".

 

Pravda.az xəbər verir ki, bu sözləri Təhsildə Keyfiyyətin Təşkili Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov jurnalistlər üçün  "Kvalifikasiyaların tanınması (Xarici kvalifikasiyalar, Qeyri-formal və informal təhsilin tanınması" mövzusunda keçirilən tədbirdə deyib.

 

"Bu gün imtinaların əsas hissəsi məhz təhsil normativinə əməl etməməkdən irəli gəlir. Biz konkret ölkə adı çəkmək istəmirik. Amma müşahidə göstərir ki, vətəndaşlarımız bir çox hallarda heç də həmişə yüksək reytinqli xarici universitetlərə üz tutmurlar. Müstəqillik dövründə məhz keçən il 49 vətəndaşımız dövlət proqramı ilə dünyanın ən reytinqli 10 universitətinə qəbul oldu. Anlayırıq ki, hər kəs ən reytinqli 10 universitətdə oxumamalıdır. Amma tövsiyə edirik ki, universitet seçimi edərkən araşdırsınlar. Bəzi vətəndaşlar sadəcə diplom naminə ali təhsil müəssisəsi seçirlər. Hətta seçdikləri universitetin akkreditasiyası olsa belə, tələbənin yekunda nəticələrinə baxdıqda məyusluq yaşanır", - o bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 9 Aprel 2024, 12:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin