BURADA REKLAMINIZ OLA
BİLƏR

Mustafa Hacıbəyli: "AXCP rəhbərliyi mitinqi həmin günlərə salmaqla Müsavatın gündəm olmasına qısqanc münasibətini büruzə verib"

"Ssenari təkrar olunur. 2019-cu ilin oktyabr ayında  Müsavat Pariyasının qurultayı ərəfəsində AXCP mitinq təyin etmişdi. Müsavatda tarixi debata bir gün qalmış mitinqin günü açıqlanmışdı. İstər həmin debat günü, istərsə də Müsavatda qurultayın keçirildiyi gün gündəmdə Müsavatın qurultayı ilə yanaşı, AXCP-nin bir neçə gün sonra keçirəcəyi mitinq də vardı. O vaxt bir sıra siyasi müşahidəçilər yazmışdı ki, AXCP rəhbərliyi, ayda-ildə bir dəfə keçirdiyi mitinqi həmin günlərə salmaqla, Müsavatın gündəm olmasına qısqanc münasibətini büruzə verib".

 

Pravda.az-ın xəbərinə görə, bunu Müsavat Partiyası Məclisinin üzvü Mustafa Hacıbəyli bildirib.

 

"İllərdir AXCP mitinq keçirmir (buna şərait də yoxdur). Bəlkə heç indi də keçirməyəcək. Amma yenə məhz Müsavatın qurultayı ərəfəsində gözlənilmədən bu qərarı verənlər xislətini dəyişmədiklərini biruzə verirlər", - M.Hacıbəyli qeyd edib.

Tarix: 9 Aprel 2024, 19:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin