BURADA REKLAMINIZ OLA
BİLƏR

Ekspert: "Karqo şirkətləri müştəriyə qəbz təqdim etmirlərsə, bu, məsuliyyət yaradır"

“Qanunverciliyə görə, göstərilən hər bir xidmət üçün müştəriyə qəbz verilməlidir. Karqo şirkətləri müştəriyə qəbz təqdim etmirlərsə, bu, bilavasitə məsuliyyət yaradır”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı-ekspert Eyyub Kərimli deyib. 

 

Ekspert bildirib ki, hər bir istehlakçının qəbz tələb etmək hüququ var: “Qəbz təqdim edilmirsə, istehlakçının aidiyyəti qurumlara müraciət etmək hüququ da mövcuddur. Hər hansı karqo şirkəti müştəriyə qəbz vermirsə, düşünürəm, onun işində qeyri-qanuni fəaliyyət var. Yəqin ki, vergidən yayınır. Hər iki halda karqo şirkətləri məsuliyyət daşıyırlar”. 

 

Aytəkin Qardaşova 

Tarix: 11 Aprel 2024, 11:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin