BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu qadınla yemək yeməyin saatı 1 milyon lirədir

Məşhur aktrisa Məryəm Üzerli son günlərdə qatıldığı şam yeməyi ilə Türkiyə mediasında gündəm olub.

 

Pravda.az sağlamolun-a istinadla bildirir ki, bu barədə "TV8" də yayımlanan "Aramızda kalmasın" verlişində məlumat verilib.

 

Belə ki, Məryəmin pərəstişkarı olan Ər-Riyadlı bir ailə onu 4 saatlıq nahara dəvət edib.

 

Təklifi dəyərləndirən aktrisa 4 saata nə az, nə çox 4 milyon TL (315218 AZN) istəyib.

 

Beləliklə, Məryəm qatıldığı şam yeməyindən 4 milyon lirə ilə ayrılıb.

 

Hadisə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

 

Qeyd edək ki, Üzerli "Muhteşem Yüzyıl" serialında Hürrəm Sultan obrazı ilə məşhurlaşıb. Serial dünyanın 55 ölkəsində nümayiş olunub.

Tarix: 11 Aprel 2024, 22:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin