BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda mağazadan 144 kiloqram ət oğurlandı

Bakının Xətai rayonunda oğurluq hadisəsi baş verib.

 

Pravda.az-ın xəbərinə görə, hadisə Qaçaq Nəbi 2 ünvanında yerləşən ət dükanda qeydə alınıb.

 

Ət, kərə yağı və pendir oğurlayan şəxslər dükanı tərk edən zaman nəzarət kamerasının yaddaş blokunu da özləri ilə aparıblar.

 

144 kiloqram ətin oğurlanma anı isə yaxınlıqdakı binanın nəzarət kamerasına düşüb.

 

Zərərçəkən Sərxan Bayramovun sözlərinə görə, bu, onun dükanından edilən sayca 3-cü oğurluqdur.

 

Faktla bağlı Xətai Rayon Polis İdarəsində istintaq işi açılıb, araşdırma aparılır.APA

Fotoları təqdim edirik
Tarix: 4 Dekabr 2019, 00:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin