BURADA REKLAMINIZ OLA
BİLƏR

İran ABŞ-ın bölgədəki bazalarına hücum etməyəcək - Abdullahian

İranın bölgədəki amerikalılara və ABŞ bazalarına hücum etmək niyyəti yoxdur.

 

Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.

 

“Biz amerikalılara və ya regiondakı ABŞ bazalarına hücum etmək fikrində deyilik, lakin region ölkələrində yerləşən ABŞ bazalarından bizə hücum edilərsə, onlara hücum etmək məcburiyyətində qalacağıq”, - deyə nazir bildirib.

 

Qeyd edək ki, İran aprelin 14-də İsrailə qarşı hərbi əməliyyat keçirib. Əməliyyat zamanı İsrailə onlarla PUA və raket zərbələri endirilib./trend

Tarix: 14 Aprel 2024, 16:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin