Reklam

Bakıda bibisini ev üstündə bıçaqlayan şəxs hökmdən narazıdır

Bakıda bibisini bıçaqlamaqda təqsirləndirilən Yusif Hüseynzadənin barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses aprelin 16-na təyin edilib.

 

Şikayət hakim Ramin Qaraqurbanlının sədrliyi ilə araşdırılacaq.

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yusif Hüseynzadə 3 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə 23 noyabr 2022-ci il tarixdə, saat 1 radələrində paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən ərazisində yerləşən nömrəsiz fərdi evdə qeydə alınıb.

 

Belə ki, 2001-ci il təvəllüdlü Yusif Hüseynzadə münaqişə zəminində bibisi, 1986-cı il təvəllüdlü Xəyalə Hüseynovaya üç bıçaq zərbəsi vurub. Yaralı xəstəxanaya yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub.

 

Yusif Hüseynzadəyə qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi üzrə ittiham irəli sürülüb.
Yusif Hüseynzadə məhkəmədə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərib ki, son müharibə zamanı hərbi xidmətdə olub. Bundan sonra onda psixoloji problemlər yaranıb. Onun valideynləri ayrıldığı üçün uşaqlıqdan nənəsinin himayəsində olub. Bibisi ilə bacı qardaş kimi olub. Aralarındakı mübahisə ev üstündə baş verib. Baba və nənəsi onu evləndirmək istəyiblər. Sözügedən evi satıb yenisini almaq barədə danışıqları olub. Xəyalə də narazılıq edib ki, ona da ev alınsın. Yemək yeyən zaman bibisi içəri girib və danışmağa başlayıb. 

 

O deyib ki, mübahisə etmək istəməyib, ancaq bibisi ona təhqiramiz sözlər işlədib. Həmin vaxt hərbi xidmətdən təzə gəldiyi üçün əsəbləri gərgin olub. Üstünə gələrək ona şillə vurub. Daha sonra bibisini bıçaqlayıb.

 

Kamal Məmmədov

 

Tarix: 15 Aprel 2024, 08:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin