BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda əcnəbiyə qarşı quldurluq edən pakistanlı şikayətçidir

Bakıda quldurluqda təqsirləndirilən Pakistan vətəndaşı Chaudhary Shahzad Ali Nasir Alinin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, məhkəmənin ilkin hazırlıq iclası aprelin 16-na təyin edilib.

 

Şikayət hakim Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq.

 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il azadlıqdan məhrum edilərək, məhkəmənin iclas zalında həbs olunub. Bakı Apellyasiya Məhkəməsi əcnəbinin şikayətini təmin etməyib.

 
Qeyd: Pakistan vətəndaşı Chaudhary Shahzad Ali Nasir Ali barəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb. O, Bakıda əcnəbiyə qarşı quldurluq edib.

 

Kamal Məmmədov

Tarix: 15 Aprel 2024, 08:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin