BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var

Türkiyənin Tokat vilayətində baş verən 5,6 bal gücündə zəlzələ nəticəsində bir sıra binalara ciddi ziyan dəyib.

 

Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

 

Tokatda bir ev və iki məscidin minarələri dağıdılıb. Bundan başqa, zəlzələnin təsiri ilə Yozgat şəhərində 3 ev ciddi zərər çəkib.

 

Tokatda təbii fəlakət zamanı bir nəfər xəsarət alıb.

 

Hadisə yerində xilasedicilər və təcili tibbi yardım briqadaları işləyir./Report

 

***

 

Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda 5,6 maqnitudalı zəlzələ baş verib.


Bu barədə AFAD məlumat yayıb.


Qeyd olunub ki, zəlzələ yerli vaxtla 18:11-də, 5,99 km dərinlikdə qeydə alınıb.

Tarix: 18 Aprel 2024, 23:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin