BURADA REKLAMINIZ OLA
BİLƏR

Ülviyyə Namazova: “Ərim ölməzdən qabaq zəng etdi, acıladım”

Tanınmış müğənni Ülviyyə Namazova teleproqramlardan birində şəxsi həyatı barədə danışıb. Lent.az-ın xəbərinə görə, o, iki dəfə ailə qurduğunu, birinci həyat yoldaşını yol-nəqliyyat hadisəsi zamanı itirdiyini söyləyib.

 

“Sevərək ailə qurmuşduq. Bizim məhəbbətimizi bütün Biləcəri bilirdi. Qızıma hamilə idim. O öləndən sonra övladımız dünyaya gəldi. Qəza keçirdiyi gün onunla küsülü idik. Ölməzdən qabaq zəng etmişdi, acıladım, danışmadım. Sonra yenə zəng etdi, açmadım. Kaş açaydım. Bu peşmanlığı ömrüm boyu yaşayacağam”, - o bildirib.
Ülviyyə Namazova sonradan ikinci dəfə ailə qurduğunu və bu nikahdan sonra ikinci qızı doğulduğunu da qeyd edib.

Tarix: 19 Aprel 2024, 05:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin