BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan yığması Bakıda keçirilən Dünya kubokunda növbəti medalı qazandı

Azərbaycan yığması Bakıda keçirilən Dünya kubokunda növbəti medalı qazanıb.

 

Qrup hərəkətləri komandası bürüncə sahib çıxıb.

 

Zeynəb Hümmətova, Güllü Ağalarova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina və Ləman Əlimuradovadan ibarət komandamız halqa ilə çıxışda fəxri kürsüdə yer alıb. Gimnastlarımız 36,100 bal toplayıblar. Yaponiya yığması (36,450) balla 1-ci, İtaliya 36,250 balla 3-cü yeri tutub.

 

Yığmamız bu gün 3 lent və 2 topla daha bir finalda çıxış edəcək.

 

Qeyd edək ki, Azərbaycanın qrup komandası dünən çoxnövçülükdə bürünc əldə edib.

 

APA

Tarix: 21 Aprel 2024, 19:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin