BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azəri med"ə yazılan cərimə protokoluna bu tarixdə baxılacaq

"Azəri med" QSC-yə yazılan cərimə protokoluna baxılacaq tarix açıqlanıb.

 

Pravda.az-ın xəbərinə görə, sənədə Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Qurbanovun sədrliyi ilə aprelin 30-da baxılacaq.

 

Xatırlatma: Dövlət Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

Qeyd: QSC-nin deputat Kəmaləddin Qafarova məxsus olduğu bildirilir.

 

Xəyal Quliyev

Tarix: 22 Aprel 2024, 08:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin