BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiyadan 75 qəpiyə gətirilən “qreçka” marketlərdə 3 manata satılır - RƏSMİ

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan Rusiyadan ümumi dəyəri 1 milyon 95,1 min dollar olan 2 min 476,7 ton qarabaşaq (“qreçka”) idxal edib.

 

Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, Rusiyadan idxal olunan 1 kiloqram qarabaşağın orta gömrük dəyəri 44 sent (75 qəpik) olub.

 

Məlumat üçün onu da bildirək ki, bu ilin mart ayında ölkənin pərakəndə satış məntəqlərində idxal olunan qarabaşağın orta satış qiyməti 2,95 manat olub. Açıqlanan rəsmi məlumatlardan da göründüyü kimi, idxal olunan qarabaşaq market və dükanlarda gömrük dəyərindən 4 dəfə baha satılıb.

 

Onu da qeyd edək ki, Azərbaycana qarabaşaq yalnız Rusiyadan idxal edilib.

Tarix: 22 Aprel 2024, 08:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin