BURADA REKLAMINIZ OLA
BİLƏR

"Baku electronics"ə cərimə yazılmasının səbəbi açıqlandı

"Baku electronics" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 444.2-ci (Satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Nərimanov Rayon Məhkəməsinin hakimi Glütəkin Əsədovanın icraatındadır. Baxış iclası mayın 2-də keçiriləcək.

 

Xəyal Quliyev

Tarix: 23 Aprel 2024, 07:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin