BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə maşınla piyadanı vuraraq öldürən şəxslə bağlı qərar çıxardı

Bakı Apellyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Məhərrəm Ağayevin barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin verdiyi apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ramin Qaraqurbanlının sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub.
 

Qərara əsasən, protest və şikayət təmin edilməyib.

 

İttihama görə, hadisə 13 mart 2023-cü il tarixində, saat 20:57 radələrində kı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan avtomobil yolunda qeydə alınıb.

 

Belə ki, 1987-ci il təvəllüdlü Ağayev Məhərrəm Məhəmməd oğlu idarə etdiyi “Toyota Camry” markalı avtomobillə piyada Qasımova Mehriban Yusif qızını vurub. Nəticədə piyada hadisə yerində ölüb.

 

Hadisədən sonra Məhərrəm Ağayev cinayət məsuliyyətinə cəlb edilib.

 

Suraxanı Rayon Məhkəməsinin hökmü ilə o, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdə qeyd edilib ki, Məhərrəm Ağayev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

Kamal Məmmədov

Tarix: 23 Aprel 2024, 08:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin