BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda qardaşları bıçaqlayan şəxsin cəzası azaldıldı

Ali Məhkəmədə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Kamal Səfərlinin barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub
 

Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qərar və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Belə ki, onun 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası 5 ilə endirilib. 

 

İttihama görə, hadisə 2022-ci ilin aprel ayının 10-u günorta saatlarında Binəqədi rayonu, R.Allahverdiyev küçəsində qeydə alınıb.

 

Belə ki, paytaxt sakini, 1993-cü il təvəllüdlü Kamal Səfərli mübahisə zamanı Adəm Haqverdiyev, onun qardaşı Zaqil Haqverdiyev və qonşuluqda yaşayan Emin Nəzərov bıçaqlayıb. Yaralılar xəstəxanaya yerləşdirilib. 

 

Daha sonra Səfərli Kamal Camal oğlu saxlanılaraq istintaqa təhvil verilib.

 

Cinayət materiallarında qeyd edilib ki, hadisəyə səbəb Kamal Səfərli bir qədər əvvəl zərərçəkmiş şəxslərdən birinin idarə etdiyi avtomobilin salonuna baxıb. Həmin şəxs də buna görə təqsirləndirilən şəxsə irad bildirib. Daha sonra o, bunu bəhanə edərək cinayətə əl atıb.

 

Kamal Məmmədov

 

Tarix: 23 Aprel 2024, 08:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin