BURADA REKLAMINIZ OLA
BİLƏR

Evində qohumları ilə telefonla ucadan danışan şəxsi bıçaqlayandan xəbər var

Xaçmaz rayonunda tanışını bıçaqlamaqda təqsirləndirilən Sandra Məmmədrzayevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib. 

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Məhəmmədəli Rzayevin sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin növbəti proses aprelin 25-nə təyin edilib.

 

Xatırlatma: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, hadisə 2022-ci il oktyabrın 6-da gecəyarısı Xaçmaz rayonu, Yalama kəndi, Xətai küçəsində yerləşən evlərin birində qeydə alınıb.

 

Belə ki, Sandra Məmmədrzayevin evində internetdən istifadə edərək qohumları ilə sosial şəbəkə vasitəsilə danışmaq üçün həmkəndlisi, zərərçəkmiş Bəxtiyar Tarikuliyev qonaq gəlib. Zərərçəkmiş sərxoş vəziyyətdə telefonla qohumları ilə yüksək səslə danışaraq nalayiq söyüşlər söyüb. Sandra da həmkəndlisinə irad bildirib. Sonra Bəxtiyar onun bu iradına məhəl qoymayaraq öz hərəkətlərini davam etdirib. Sandra isə zərərçəkmiş şəxsə onun evindən çıxıb getməsini tələb etsə də, Bəxtiyar yenə də təqsirləndirilən şəxsin sözlərinə əhəmiyyət verməyib. Daha sonra Sandra Məmmədrzayev mətbəx bıçağı ilə bir dəfə qəsdən onun sol tərəf döş qəfəsi nahiyəsindən vuraraq, Bəxtiyara xəsarət yetirib.

 

Kamal Məmmədov

 

 

Tarix: 23 Aprel 2024, 08:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin