BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda 28 yaşlı oğlan hamamda dəm qazından boğuldu

Bakıda 28 yaşlı oğlan dəm qazından ölüb.

 

Pravda.az-ın xəbərinə görə, hadisə paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, S. Bəhlulzadə küçəsində yerləşən fərdi evdə qeydə alınıb.

 

Qəsəbə sakini, 1991-ci il təvəllüdlü Nurlan Dadaşov yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb.

 

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Tarix: 4 Dekabr 2019, 11:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin