BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputatın meyiti tapıldı - FOTO

Ukrayna Ali Radasının deputatı Valeri Davidenkonun kabinetində cəsədi aşkarlanıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə deputatın sosial şəbəkədəki şəxsi səhifəsində bildirilib.

 

Qeyd edilib ki, deputat Davidenko Valeri Nikolaeviçin kabinetində meyiti tapılıb: “Hadisə araşdırılır. Təxminən bir saat əvvəl Davidenkonun cəsədi xadimə qadın tərəfindən aşkar edilib”.

 

Onun güllə yarasında dünyasını dəyişdiyi bildirilir.

 

Davidenko 16 mart 1973-cü ildə anadan olub. Əvvəllər Petro Poroşenkonun blokunda təmsil olunurdu.APA

Fotoları təqdim edirik
Tarix: 23 May 2020, 21:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin