BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda külək məşhur xəstəxananın dam örtüyünü uçurdu - FOTO

Bakıda güclü külək nəticəsində Neftçilər xəstəxanasının cərrahiyə şöbəsinin dam örtüyünün bir hissəsi uçub.

 

Xəstəxanadan verilən məlumata görə, hazırda şöbədə heç bir xəstə yoxdur.

 

Hadisə xəstəxananın Afiyəddin Cəlilov və Yusif Səfərov küçələrinin kəsişməsidə yerləşən hissəsində baş verib.

 

Polis əməkdaşları tərəfindən təhlükəsizlik məqsədilə hadisənin baş verdiyi ərazidə piyada və avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

 

Hazırda Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən dam örtüyünün bərpası istiqamətində tədbirlər görülür.APA

Fotoları təqdim edirik
Tarix: 23 May 2020, 22:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin