BURADA REKLAMINIZ OLA
BİLƏR

Timur İvanov saxlanıldı

Rusiya Müdafiə nazirinin müavini Timur İvanov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.

 

Bu barədə Rusita İstintaq Komitəsinin Telegram kanalı məlumat yayıb.

 

“Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinərək (rüşvət alma) Rusiya müdafiə nazirinin müavini Timur Vladimiroviç İvanov saxlanılıb”, - deyə məlumatda deyilir.

 

Qeyd edək ki, 2012-ci ildə İvanov Moskva vilayəti hökuməti sədrinin müavini vəzifəsində çalışıb. 2013-2016-cı illərdə - "Oboronstroy" ASC-nin baş direktoru.
2016-cı ilin mayında prezidentin sərəncamı ilə müdafiə nazirinin müavini təyin edilib./APA

Tarix: 23 Aprel 2024, 23:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin