BURADA REKLAMINIZ OLA
BİLƏR

Elçin Əlibəyli Namiq Abdullayevin qardaşı ilə barışdı: “Düşmən olmaq prinsiplərimə ziddir”

Teleaparıcı Elçin Əlibəylinin Olimpiya çempionu Namiq Abdullayevin qardaşı Natiq Abdullayev tərəfindən döyülməsi faktı araşdırılıb və məsələ həll edilib.

 

Pravda.az xəbər verir ki, bu barədə E.Əlibəylinin özü bildirib: “Mənə dəyər verib, çətin anımda yanımda olan dostlar! Gün ərzində Sizin dəstəyinizi və diqqətinizi hiss etdim! Buna görə xüsusi təşəkkür! Sosial şəbəkədə yazdığım statuta DİN tərəfindən dərhal reaksiya verildi və başda cənab nazir, general-polkovnik Vilayət Eyvazov olmaqla məsələnin həlli üçün çevik addımlar atıldı. Bakı Şəhəri Baş Polis İdarəsi məsələyə müdaxilə edərək, mənim tapdalanmış haqqımı bərpa etmək üçün dərhal tədbirlər gördü. Bakı Şəhəri Baş Polis İdarəsinin rəisi general-mayor Mirqafar Seyidov, İstintaq İdarəsinin rəisi polkovnik Nazim İsmayılov və digər əməkdaşlar xüsusi diqqətlə məsələnin həllinə nail oldular. Həmçinin, Yasamal rayon 29-cu Polis bölməsinin rəisi, polvoknik Ayxan Bağırov bu məsələdə haqqın tərəfində durdular. Bira daha əmin oldum ki, Azərbaycan polisi dövlətimizin, vətəndaşların keşiyində durmaqla bərabər, insanlara xüsusi qayğı və diqqət göstərirlər. Qonşumla olan mübahisədə məhz polislərin iradəsi ilə razılıq əldə edib, barışdıq. Düşmən olmaq mənim prinsiplərimə ziddir! Əziz dostlarım və mətbuatda çalışan həmkarlarım, mənə göstərdiyiniz qayğıya görə Sizə təşəkkür edir, ehtiramla önünüzdə baş əyirəm!”.

Tarix: 6 Noyabr 2019, 00:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin