BURADA REKLAMINIZ OLA
BİLƏR

Kişi hotelin həyətində münasibətlərə son qoyan qadını bıçaqladı - MƏHKƏMƏ

Ali Məhkəmədə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Ə.Salamovun barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, hadisə 27 iyun 2022-ci il tarixdə, saat 22:34-də paytaxt ərazisində yerləşən "Panoramic” hotelin həyətində qeydə alınıb.

 

Belə ki, o, tanışı zərərçəkmiş R.Yusubova ilə mübahisə edib. Mübahisəyə səbəb isə qadının onunla aralarında olan münasibətlərə son qoyacağını deməsi olub. Ə.Salamov bundan hiddətlənərək üzərində gəzdirdiyi bıçaqla qadının döş qəfəsi, sol qol və sol ayaq nahiyəsinə bir neçə dəfə vuraraq ona xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına ağır zərər yetirib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə Ə.Salamovun cəzasını 6 ilə endirib.

 

Kamal Məmmədov

 

Tarix: 30 Aprel 2024, 08:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin