BURADA REKLAMINIZ OLA
BİLƏR

Manaf Ağayevin Füzulidən paylaşdığı video müzakirələrə səbəb oldu: "Niyə belə edir?"

“Manaf Ağayevlə nə şəxsi tanışlığım, nə də salam-kəlamım var. Söhbət təkcə Manaf Ağayevin müğənni olmayından yox, Füzulidən olmasından getməlidir. Əgər heç bir məhdudiyyət yoxdursa, artıq dövlət səviyyəsində neçə ailənin köçü təşkil edilirsə, deməli, Manaf Ağayevin də haqqıdır ki, gedib dədə-babasının qəbrini ziyarət etsin, ad günü keçirsin. Əks halda, Manaf Ağayev qadağa olduğunu bilə-bilə, niyə gedib rəsmi icazə almadan ad günü təşkil edir? Bax, bu, mənim üçün də maraqlıdır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Xalq artisti, tanınmış rejissor Əbdül Mahmudov (Şeyx Əbdül) deyib. 

Ə.Mahmudov bildirib ki, müəyyən ərazilər minalardan təmizlənib, işarələnib: “Niyə Manaf Ağayev bunu rəsmi etmir, belə ərkəsöyünlük edir? Yekəxanalıq edir, ya özünü göstərir, bilmirəm. Hər halda Füzuliyə getmək haqqıdır. Özü də 60 yaşı olur, yaşlı adamdır, istəyir ki, ad gününü ata torpağında qeyd etsin. Sadəcə, Manaf bəyə səslənirəm. Manaf bəy, “qanun” adlı bir rəhbər var. Əgər müraciət etmisənsə, icazə verməyiblərsə, axırda məcbur olmusansa, bu, başqa şeydir. Bilirsiniz ki, bunun cəzası var. Yox, icazə almadan gedirsənsə, belə olmaz. Çünki burada həm də təhlükəsizlik məsələsi var. Görürsünüz, elə bu həftə ərzində 3 mina hadisəsi oldu. Halbuki təmizlənən ərazilər idi. Deməli, hələ də ermənilər agentlərinin əli ilə orada müəyyən işlər görürlər. Ən birinci Manafın öz təhlükəsizliyi, haqq-qanun baxımından addım atmaq lazım idi. İstənilən halda, Manaf Ağayev rəsmi dövlət sturukturlarından icazə alsa, daha yaxşı olar”. 

 

Aytəkin Qardaşova 

 

Tarix: 30 Aprel 2024, 17:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin