BURADA REKLAMINIZ OLA
BİLƏR

Etirazçılar Tbilisinin nəqliyyat sistemini iflic ediblər

Tbilisidə hakim "Gürcü Arzusu partiyasının "xarici təsir" qanunu əleyhinə etiraz aksiyası davam edir.

 

Qəhrəmanlar meydanına yürüş edən minlərlə etirazçı artıq 1 saatdan çoxdur, paytaxtın əsas nəqliyyat qovşağını tutaraq avtomobillərin hərəkətini bloklayıb.

 

Nəticədə şəhərin bir sıra mərkəzi küçələrində nəqliyyat iflic olub, böyük tıxaclar yaranıb.

 

Nümayişçilər qanun layihəsi əleyhinə müxtəlif şüarlar səsləndirir, Gürcüstanın dövlət himnini oxuyurlar./APA

Tarix: 2 May 2024, 22:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin