BURADA REKLAMINIZ OLA
BİLƏR

Xəstəxananın qarşısından qaçırdığı maşını arxda batırdı - CƏZA

Gəncə Apellyasiya Məhkəməsində talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirmədə təqsirləndirilən Qafar Bəbəşovun (şərti) barəsindəki hökmdən Baş Prokurorunun müavini tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, protest təmin edilib, Göygöl Rayon Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Hökmdən Cinayət Məcəlləsinin 71.5 və 67-ci maddələrinin tətbiqinə, həmçinin residivin ağırlaşdırıcı hal kimi nəzərə alınması ilə bağlı müddəalar xaric edilib. Onun əvvəlki cəzaları da toplanaraq 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

 

İttihama görə, hadisə 10 aprel 2023-cü il tarixdə, saat 02:30 radələrində Göygöl rayonu Qızılqaya qəsəbəsində qeydə alınıb.

 

Belə ki, Qafar Bəbəşov qəsəbədə yerləşən Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının qarşısında hərəkətsiz vəziyyətdə saxlanan zərərçəkmiş M.M.-nin (şərti) “Uaz 452D” markalı avtomobilin şüşəsini sındırıb. Sonra o, maşının salonuna daxil olub mühərriki kustar üsulla işə salmaqla idarə edib. Qafar qaçırdığı maşını Göygöl rayonunun Çaylı kəndi istiqamətində hərəkət edib. Daha sonra təqsirləndirilən şəxs avtomobili düzgün idarə olunamaması səbəbindən “Çaylı dərəsi” adlanan ərazidə arxda batırıb. Bu zaman nəqliyyat vasitəsinin ehtiyat hissələrini və mexanizmlərini sıradan çıxarıb. Nəticədə Qafar zərərçəkmiş şəxsə 5350 manat miqdarında ziyan vurub.

 

Kamal Məmmədov

Tarix: 3 May 2024, 09:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin