BURADA REKLAMINIZ OLA
BİLƏR

Dubayda bu qadağa götürüldü

Dubay Əmirliyində mayın 27-dən etibarən bir sıra biznes sahələrinin fəaliyyəti bərpa ediləcək.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə bazar ertəsi Dubay vəliəhd şahzadəsi Həmdan bin Rəşid Əl Maktum Böhran Vəziyyətlərinin İdarə edilməsi üzrə Ali Şuranın iclasında bildirib.

 

O qeyd edib ki, hökumətin müvafiq qərarına görə, həmin tarixdən, həmçinin, kinoteatrlar və idman zalları saat 06.00-dan 23.00-dək fəaliyyət göstərəcək: “İctimai yerlərdə tibbi maska taxmaq və iki metrlik sosial məsafə gözləniləcək.

 

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliyi Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə pandemiyanın başlandığı gündən bəri koronavirus infeksiyası hallarının sayı 30 mini keçib, 248 nəfər vəfat edib.APA

 

 

Tarix: 26 May 2020, 08:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin