BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezident daha bir deputatı icra başçısı təyin etdi

Əhməd Kərəm oğlu Muxtarov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

 

Pravda.az-ın məlumatına görə, Prezident İlham Əliyev dekabrın 4-də bununla bağlı sərəncam imzalayıb.

 

Dövlət başçısının digər sərəncamı ilə Rüstəm Gülabba oğlu Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

 

Qeyd edək ki, Rüstəm Xəlilov 2005-ci ildən Sabirabad rayonunun deputatıdır.

Tarix: 4 Dekabr 2019, 15:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin