BURADA REKLAMINIZ OLA
BİLƏR

Peskov: "Putin qərar verdi ki, Rusiya Müdafiə Nazirliyinə mülki şəxs rəhbərlik etməlidir"

Putin qərar verdi ki, Rusiya Müdafiə Nazirliyinə mülki şəxs rəhbərlik etməlidir.

 

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

 

Onun sözlərinə görə, Müdafiə Nazirliyi yeniliklərə və qabaqcıl ideyalara açıq olmalıdır.

 

Kremlin sözçüsü Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun vəzifəsini fəaliyyətini davam etdirəcəyini, hələlik burada heç bir dəyişikliyin nəzərdə tutulmadığını söyləyib.

 

Peskov onu da bildirib ki, Kreml RF Təhlükəsizlik Şurasının katibi vəzifəsində çalışmış Nikolay Patruşevin yeni vəzifəsini daha sonra elan edəcək.

 

Qeyd edək ki, Putin RF hökuməti sədrinin birinci müavini vəzifəsini tutmuş Andrey Belousovun müdafiə naziri təyin olunmasını təklif edib.

 

Müdafiə naziri Sergey Şoyqunu isə Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin edib.

 

APA

Tarix: 12 May 2024, 23:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin