BURADA REKLAMINIZ OLA
BİLƏR

Dərman qaçaqmalçılığında təqsirləndirilən dəstə üzvlərindən xəbər var

"Aeterna Farm" MMC-nin baş direktoru İskəndərli İlqar Qayıbverdi oğlu, həmin cəmiyyətin direktoru Hacızadə Cavid Eldar oğlu, Qədirov Xəqani Dilqəm oğlu və Qədirov Vüqar Dilqəm oğlunun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses mayın 13-nə təyin edilib.

 

Şikayət hakim Emin Əliyevin sədrliyi ilə araşdırılacaq.

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər birinin barəsində Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Xəqani Qədirov və onun qardaşı Vüqar Qədirovun barəsində 3 il sinaq müddəti təyin olunub və onlara şərti cəza verilib. Digər təqsirləndirilən şəxslər – İlqar İskəndərli və Cavid Hacızadənin barəsində 3 il 6 ay sınaq müddəti təyin olunmaqla, onlara şərti cəza verilib. Ali Məhkəmə isə işi yenidən aşağı instansiya məhkəməsinə göndərib.

 

Qeyd: "Aeterna Farm" MMC-nin baş direktoru İskəndərli İlqar Qayıbverdi oğlu, həmin cəmiyyətin direktoru Hacızadə Cavid Eldar oğlu, Qədirov Xəqani Dilqəm oğlu və Qədirov Vüqar Dilqəm oğlu dövlət qeydiyyatı tələb olunduğu halda dövlət qeydiyyatından keçməyən külli miqdarda dərman preparatlarının Gürcüstandan Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu keçirilməsində təqsirləndiriliblər.
 

İstintaq orqanı tərəfindən onların barəsində Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), 200-1.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən dərman vasitələrinin qanunsuz dövriyyəsi) və 200-1.2.3-cü (eyni əməllər külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan olunub.

 

Kamal Məmmədov

Tarix: 13 May 2024, 10:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin