BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda hosteldə Hindistan vətəndaşına qarşı quldurluq edənlərə AĞIR CƏZA

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Xəyal Səfərov və Vaqif Behbudovun (hər iki şəxsin ad, soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü Xəyal Səfərov 8 il 6 ay və Vaqif Behbudov isə 8 il 6 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, onlar 08 iyun 2023-cü il tarixdə, səhər saat 05 radələrindən etibarən Bakı şəhəri Səbail rayonu Neftçilər prospektində yerləşən Dənizkənarı Milli Parkda Hindistan vətəndaşı, zərərçəkmiş M.M.-i (şərti) izləməyə başlayıblar. Sonra əcnəbi Səbail rayonunda yerləşən “Sahil” adlı hostelə daxil olub. Xəyalla Vaqif də ora daxil olaraq, M.M.-i üzərinə hücum edib, zərərçəkmiş şəxsi dizi ilə hosteldə quraşdırılmış liftin künc hissəsinə itələyib. Vaqif üzərində gəzdirdiyi bıçağı nümayiş etdirib zərərçəkmişin qarın nahiyəsinə tərəf sıxaraq, ona xəsarət yetirəcəyi ilə hədələyib. Bu zaman təqsirləndirilən şəxslər Hindistan vətəndaşının əl çantasını açaraq ümumilikdə 2 364 manat məbləğdə pul vəsaitini quldurluq yolu ilə ələ keçiriblər.

 

Hadisədən sonra onlar saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.

 

Kamal Məmmədov

 

 

 

 

Tarix: 14 May 2024, 08:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin