BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda sakinlər binanın zirzəmisində qanunsuz tikinti aparıldığını bildirsələr də, Komitə təkzib edir - FOTO

Bakının Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 34 ünvanında yerləşən binanın zirzəmisi satılıb. 

 

Pravda.az-a ərazidə yaşayan sakinlər bildiriblər ki, sözügedən zirzəmi obyektə çevrilib.

 

Onların sözlərinə görə, zirzəmini alan  şəxs Nəsimi Rayon İcra Hakimiyyəti ilə qeyri-resmi şəkildə razılığa gəlib. Zirzəmini qazdıqları üçün binada təhlükəli vəziyyət yaradılıb. 

 

Pravda.az tərəfindən Nəsimi Rayon İcra Hakimiyyətinə sorğu göndərilsə də, məsələ ilə bağlı heç bir mövqe bildirilməyib. 

 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən isə belə açıqlama verilib: “Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən 8 may 2024-cü il tarixində Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 34 ünvanında şəhərsalma nəzarəti qaydasında monitorinq keçirilib. Monitorinq nəticəsində sözügedən ünvanda özbaşına tikinti faktı qeydə alınmayıb və həmin yaşayış binasının zirzəmisinin giriş hissəsində təmir-bərpa işlərinin aparıldığı müəyyən edilib”. 

 

Aytəkin Qardaşova 

Fotoları təqdim edirik
Tarix: 14 May 2024, 11:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin