BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə bazarda həmkəndlisini bıçaqlayan şəxsin şikayətini təmin etmədi

Şirvan Apellyasiya Məhkəməsində Masallıda həmkəndlisini bıçaqlamaqda təqsirləndirilən Cavid Qurbanovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Bəhmənovun sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub.

 
Qərara əsasən, şikayət təmin edilməyib.

 

Qeyd: Masallı rayon sakini Qurbanov Cavid Möhübbət oğlu “Təzə Bazar” adlanan yerin arxa tərəfində həmkəndlisi Nəcəfov Zaur Səxavət oğlunu şəxsi münasibətlər zəminində bıçaqlayıb.

 

Faktla bağlı cinayət işi başlanılıb və Cavid Qurbanov şübhəli şəxs qismində tutulub.

 

Kamal Məmmədov

 

 

 

Tarix: 15 May 2024, 08:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin