BURADA REKLAMINIZ OLA
BİLƏR

Göygöldə avtomaşınla piyadanı vuraraq öldürən Türkiyə vətəndaşı ilə bağlı QƏRAR

Gəncə Apellyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Türkiyə vətəndaşı Aras Abdulkadirin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rafiq Cəfərovun sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub.


 
Qərara əsasən, şikayət təmin edilməyib.

 

İttihama görə, hadisə 15 oktyabr 2023-cü il tarixdə, təxminən saat 19:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Göygöl rayonu Bəhrəmtəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, təqsirləndirilən Türkiyə vətəndaşı Aras Abdulkadirin idarə etdiyi “Renault T480” markalı Gürcüstan qeydiyyat nişanlı qoşqulu avtomaşını Bakı istiqamətində hərəkət etdirərkən piyada Ş.Ələsgərovu vurub. Nəticədə ağır bədən xəsarətləri alan yaralı ölüb.

 

Göygöl Rayon Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

Tarix: 15 May 2024, 08:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin