BURADA REKLAMINIZ OLA
BİLƏR

Mağazaların anbarından oğurluq edən şəxslə bağlı məhkəmə qərarı açıqlandı

Bakı Apellyasiya Məhkəməsində oğurluqda təqsirləndirilən Pərvin İsmayılovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Qədim Babayevin sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub.
 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

İttihama görə, Pərvin İsmayılov 2021-ci ilin oktyabr ayının əvvəllərindən 27 noyabr 2021-ci il tarixədək olan müddətdə Bakı şəhəri Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən “Dizayn Group” adı ilə fəaliyyət göstərən mağazanın anbarına dam örtüyünün açıq olan hissəsindən qanunsuz daxil olub. O, həmin anbardan ümumilikdə 51 528 manatlıq oğurluq edib.

 

Bundan başqa, Pərvin İsmayılov 05 may 2022-ci il tarixdə, saat 03 radələrində “Ekskuliziv” elektrik mağazasının Bakı şəhəri Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən anbarın dəmirdən olan jalüz qapısının qıfılını güc tətbiq edərək dəmir parçası ilə sındırmaqla qanunsuz daxil olub. O, oradan ümumilikdə 3840 manatlıq elektrik naqillərini oğurlayıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti vermişdi.

 

Kamal Məmmədov

 

 

Tarix: 15 May 2024, 09:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin