BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı

Rusiyanın Saxalin vilayətinin Xolmoqor şəhər dairəsində, Leninin abidəsinin təmiri və bərpası işləri zamanı 1970-ci ildə gələcək nəsillərə mesaj kimi qoyulmuş zaman kapsulu tapılıb.

 

Bu barədə bölgə meri Dmitri Lyubçinov özünün “Telegram” kanalında məlumat verib.

 

“Bu gün zaman kapsulu - 1970-ci ildə Xolmsk Gəmiqayırma Zavodunun komsomolçularından 2018-ci ilin nəslinə mesaj aşkar edildi”, - deyə o, paylaşımda bildirib.

 

Dmitri Lyubçinovun sözlərinə görə, kapsulu hələ 6 il əvvəl, 2018-ci ildə tapmağa çalışıblar, lakin bütün cəhdlər boşa çıxıb. Beləliklə də komsomolçuların mesajı 54 ildir abidədə “yatılı qalıb”. Daha sonra mer söz verib ki, mesajın məzmunu yerli sakinlərə açıqlanacaq.  

 

Oxu.az

Tarix: 15 May 2024, 13:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin