BURADA REKLAMINIZ OLA
BİLƏR

Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirib - VİDEO

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov mayın 15-də respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

 

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Oxu.Az-a bildirilib.

 

Sıra baxışında DİN-ə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 226 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 25 nəfəri Vətən müharibəsi iştirakçısıdır. Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

 

Tarix: 15 May 2024, 15:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin