BURADA REKLAMINIZ OLA
BİLƏR

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxdı - YENİLƏNDİ

Slovakiyanın Baş naziri Robert Fitsoya sui-qəsdə cəhd edən şəxsin kimliyi məlum olub.

 

Slovakiya mediası həmin şəxsin məşhur slovakiyalı yazıçı Yuray Çintula olduğunu bildirir.

 

71 yaşlı yazıçının müxalif “Proqressiv Slovakiya” partiyasının tərəfdarlarından olduğu qeyd edilib.

 

APA

***

17:17

 

Slovakiya hökumətinin səyyar iclasının keçirildiyi binanın qarşısında atışma olub.

 

Bu barədə Slovakiya mediası məlumat yayıb.

 

Hadisə Handlovej şəhərində baş verib.

 

İlkin məlumatlara görə, Baş nazir Robert Fitso yaralanıb, o, xəstəxanaya aparılır.

 

Hadisəni törədən şəxs saxlanılıb./APA

Tarix: 15 May 2024, 18:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin