BURADA REKLAMINIZ OLA
BİLƏR

Cehiz üçün nə qədər pul lazımdır? - VİDEO

Adət-ənənəyə görə, evlənmək istəyən oğlanın evi, qızın isə cehizi olmalıdır.

 

Vaxtilə cehiz içində əl işi örtüklər olan sadə bir boğça və ya kiçik sandıq sayılardı.

 

İndi isə xanımların cehizi boğça-sandığa sığmır.

 

Maraqlıdır, cehiz almaq üçün nə qədər büdcə lazımdır? Məsələ ilə bağlı “Xəzər” TV araşdırma aparıb. Bakıda yerləşən mebel mağaza şəbəkəsinin əməkdaşından biri bildirib ki, mətbəx mebeli 1500-2500, yataq dəstləri 2500-3500, qonaq dəstləri isə 3500-4500 manat aralığında dəyişir.

 

Ümumilikdə isə bir qızın cehiz xərcinin minimum 15, maksimum 30-35 min manata başa gələ biləcəyi məlum olub.

 

Tarix: 15 May 2024, 22:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin