BURADA REKLAMINIZ OLA
BİLƏR

"Ağ çiçəyim” mağazasındakı yanğın söndürüldü - VİDEO - YENİLƏNDİ - 4

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş vermiş yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən tam söndürülüb.


Pravda.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.


Həyata keçirilmiş tədbirlər sayəsində yanğının əraziyə bitişik yerləşən evlərə, o cümlədən çoxmərtəbəli yaşayış binasına, habelə geniş sahəyə yayılaraq digər obyektlərə keçməsinə imkan verilməyib.
 

***

 

00:50

 

“Yanğın nəticəsində fərdi evlərə ziyan dəyib, xəsarət alan yoxdur”.

 

Bunu Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov deyib.

 

Onun sözlərinə görə, artıq yanğının tam söndürülməsi üçün işlər görülür: “Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının baş verdiyi əraziyə yaxın fərdi yaşayış evlərinə cüzi olsa da ziyan dəyib. Əsas məqsədimiz yanğının tam söndürülməsinə nail olmaqdır”.

 

Report

 

***

00:38

 

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş vermiş yanğınla mübarizə tədbirləri davam edir.

 

Bu barədə FHN-dən məlumat verilib.

 

Qüvvələrin effektli tətbiqi sayəsində yanğının yayılmasının qarşısı alınıb. Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək.

 

***

00:03

 

Daxili İşlər Nazirliyi "Ağ Çiçəyim"dəki yanğınla bağlı məlumat yayıb.

 

Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş verən yanğın səbəbindən metronun "28 May" stansiyası istiqamətdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub. Sürücülərdən alternativ yol olaraq Səməd Vurğun və Ceyhun Hacıbəyli kücələrindən istifadə etmələri tövsiyə olunur.

 

***

2024.05.15.   23:49

 

Bakıda Azadlıq prospektində "Ağ Çiçəyim" gül salonu yanır.

 

Pravda.az-ın xəbərinə görə, hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.

 

 

Fotoları təqdim edirik
Tarix: 16 May 2024, 02:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin