BURADA REKLAMINIZ OLA
BİLƏR

Yasamal RİH-dən Komitənin "qanunsuzdur" dediyi mənzillə bağlı açıqlama: "Mülkiyyətçi şəhid ailəsidir..."

Yasamal Rayon İcra Hakimiyyəti Abbas Mirzə Şərifzadə küçəsi 182 ünvanında yerləşən beşmərtəbəli binanın zirzəmisində aparılan tikinti işləri ilə bağlı açıqlama verib.

 

İcra hakimiyyətindən Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin ünvanın mülkiyyət sənədləri mövcuddur və mülkiyyətçi şəhid ailəsidir.

 

"Vətən müharibəsində şəhid olmuş əsgərlərimizin ailələrinə dəstək olmaq və onların sosial durumunu yaxşılaşdırmaq bir dövlət siyasətidir və biz bu siyasəti icra edirik.Ümidvarıq anlayışla qarşılayacaqsınız", - məlumat qeyd olunub.

 

Qeyd: Dövlət Şəhərsalma və Arxitektura Komitəsi isə zirzəmidə tikinti aparılmasının qanunsuz olduğunu bildirib. 

 

Aytəkin Qardaşova

Tarix: 16 May 2024, 10:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin