BURADA REKLAMINIZ OLA
BİLƏR

180 min manatlıq dələduzluq edən şəxslə bağlı QƏRAR

Bakıda külli miqdarda dələduzluqda təqsirləndirilən Sərxan Tağıyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, şikayət təmin edilməyib. 
 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sərxan Tağıyevə 5 il 11 ay 27 gün azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib. Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib. 
 

Qeyd: Sərxan Tağıyevə Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq -külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilib. O, zərərçəkmişlərə ümumilikdə 186 min manatlıq ziyan vurub.

 

Kamal Məmmədov

 

Tarix: 17 May 2024, 08:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin