BURADA REKLAMINIZ OLA
BİLƏR

Tavuş sakinlərinin bağladığı Ermənistan-Gürcüstan yolu açılıb

Tavuşun Kirants kəndinin Azərbaycanla sərhədlərin delimitasiyası üzrə razılaşmaya etiraz edən sakinləri tərəfindən mayın 16-dan etibarən bağlı olan Ermənistan-Gürcüstan yolu açılıb.

 

Bu barədə “Sputnik-Armenia”ya kənd sakinləri məlumat verib. Bildirilib ki, kəndə aparan yoldakı nəzarət postu da artıq oradan götürülüb.

 

Müvafiq qərar kənd sakinlərinin Tavuş vilayətinin qubernatoru Ayk Qalumyanla görüşündən sonra qəbul edilib./APA

Tarix: 17 May 2024, 13:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin