BURADA REKLAMINIZ OLA
BİLƏR

Ərini baltalayan qadın azadlığa çıxmaq istəyir

Ərinə balta ilə ağır xəsarət yetirməkdə ittiham olunan Lalə İmaşovanın barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası mayın 22-nə təyin edilib.

 

Şikayət hakim Qədim Babayevin sədrliyi ilə araşdırılacaq.

 

İttihama görə, L.İmaşova mübahisə zəminində əri Ceyhun İmaşovun başına balta ilə vuraraq ona ağır xəsarət yetirib. Xanım müttəhim üç azyaşlı uşaq anası olduğuna görə ibtidai və məhkəmə istintaqı dövründə həbsdə olmayıb. Onun barəsində başqa yerə getməmək haqda qətimkan tədbiri seçilmişdi.

 

Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Zərərçəkmiş İmaşov ifadəsində arvadından şikayətçi olduğunu deyib. L.İmaşova son sözündə məhkəmədən həbslə bağlı olmayan cəza verilməsini xahiş edib.

 

Hökmə əsasən, L.İmaşova qəsdən adam öldürməyə cəhddə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum olunub. O, məhkəmə zalında dərhal həbs edilib.

 

Kamal Məmmədov

 

Tarix: 20 May 2024, 09:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin