Adam öldürməyə cəhddə təqsirləndirilən Laura Babayevanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası mayın 20-nə təyin edilib.
Şikayət hakim İbrahim İbrahimlinin sədrliyi ilə araşdırılacaq.
İttihama görə, hadisə 02 iyul 2016-cı il tarixdə, saat 11:30 radələrində Rusiyanın Başqırdıstan Respublikasının Ufa şəhərində qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü Laura Babayeva qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı şəxslə münasibətlərinin pozulmasına qohumu olan qadın, zərərçəkmiş İ.İ.-nı (şərti) günahlandırıb. O, guya onun başqa kişilərlə münasibət saxlayaraq ərinə xəyanət etməsi haqqında həqiqətə uyğun olmayan məlumatlar yaymasının səbəb olduğu qənaətinə gəlib. Laura İ.İ.-dan qisas almaq məqsədilə onu qəsdən öldürmək qərarına gəlib. O, zərərçəkmiş şəxsin yaşadığı ünvana gələrək mənzilin giriş qapısını özündə olan açarla açıb içəri daxil olub. Həmin vaxtı hamam otağından dəhlizə çıxan qohumuna yaxınlaşaraq “Sən hələ sağsan? Sən elə bilirsən ki, hələ yaşayacaqsan?” ifadələrini işlədib, özü ilə gətirdiyi “Vertimek” etiketli bir litrlik polimer balonda olan kükürd turşusunu İ.İ.-nın üzərinə töküb.
İstintaqın gəldiyi nəticəyə görə Laura zərərçəkmiş şəxsi qəsdən öldürməyə yönəlmiş cinayət əməlini başa çatdıra bilməyərək xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni onu qəsdən həyatdan məhrum etməyə cəhd edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Laura Babayeva Cinayət Məcəlləsinin (CM) 29, 120.2.4-ci (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə apellyasiya şikayətini qismən təmin edib, hökmü dəyişib. Belə ki, məhkumun əməli CM-in 29, 120.2.4-cü maddəsindən CM-in 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib və qadının cəzası 3 ilə endirilib. Həmin qərardan dövlət ittihamçısı kassasiya protesti verib. Ali Məhkəmə təmin etməyib. Daha sonra qərarından zərərçəkmiş şəxs kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, onun barəsində Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qərar ləğv edilib və cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən göndərilib.
Kamal Məmmədov
21 May 15:31
21 May 15:27
21 May 15:19
21 May 15:18
21 May 15:03
21 May 14:59
21 May 14:46
21 May 14:43
21 May 14:28
21 May 14:26
21 May 14:22
21 May 14:19
21 May 14:11
21 May 14:06
21 May 13:57
21 May 13:49
21 May 13:47
21 May 13:43
21 May 13:32
21 May 13:25
21 May 13:18
21 May 13:13
21 May 12:57
21 May 12:55
21 May 12:53
21 May 12:31
21 May 12:15
21 May 11:53
21 May 11:49
21 May 11:37
21 May 11:23
21 May 11:16
21 May 11:10
21 May 11:08
21 May 11:06
21 May 11:04
21 May 11:01
21 May 10:52
21 May 10:45
21 May 10:42
21 May 10:38
21 May 10:34
21 May 10:27
21 May 10:23
21 May 09:58
21 May 09:55
21 May 09:52
21 May 09:43
21 May 09:38
21 May 09:23
21 May 09:17
21 May 08:58
21 May 08:52
21 May 08:43
21 May 08:31
21 May 08:30
21 May 08:17
21 May 08:12
21 May 08:10
21 May 08:05
21 May 08:05
21 May 08:03
21 May 08:02
21 May 08:02
21 May 07:59
21 May 07:35
21 May 00:14
21 May 00:13
21 May 00:07
21 May 00:05
21 May 00:04
21 May 00:00
20 May 22:38
20 May 22:27
20 May 22:12
20 May 20:57
20 May 20:52
20 May 20:48
20 May 19:51
20 May 19:45
20 May 19:17
20 May 19:13
20 May 19:12
20 May 19:11
20 May 19:05
20 May 19:03
20 May 19:02
20 May 18:59
20 May 18:53
20 May 18:50
20 May 18:12
20 May 17:54
20 May 17:33
20 May 17:23
20 May 17:18
20 May 16:54
20 May 16:43
20 May 16:28
20 May 16:10
20 May 15:47
20 May 15:43
20 May 15:40
20 May 15:31
20 May 15:30
20 May 15:27
20 May 15:24
20 May 15:09
20 May 15:05
20 May 15:00
20 May 14:47
20 May 14:45
20 May 14:44
20 May 14:43
20 May 14:40
20 May 14:38
20 May 14:35
20 May 14:33
20 May 14:28
20 May 14:23
20 May 14:20
20 May 14:19
20 May 14:14
20 May 14:12
20 May 14:10
20 May 13:55
20 May 13:53
20 May 13:51
20 May 12:53
20 May 12:42
20 May 12:40
20 May 12:29
20 May 12:22
20 May 12:14
20 May 12:11
20 May 12:03
20 May 12:01
20 May 11:49
20 May 11:34
20 May 11:27
20 May 11:24
20 May 11:23
20 May 11:17
20 May 11:15
20 May 11:01
20 May 11:01
20 May 10:56
20 May 10:55
20 May 10:52
20 May 10:28
20 May 10:02
Ən son xəbərləri səhifəmizdən də izləyin