BURADA REKLAMINIZ OLA
BİLƏR

İşçi Qrupun üzvü: "Azərbaycan qonşu dövlətlərlə dostluq münasibətlərinə böyük önəm verir"

“Mayın 19-da Ali Baş Komandan, cənab Prezident İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan və İranın dövlət sərhədində görüşü bir çox məsələlərin həllini tapmasında mühüm əhəmiyyət kəsb etdi. Bu görüşdən sonra İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsinə üzüntümüzü bildiririk. Baş verən hadisədə cənab Prezidentimiz İlham Əliyev və aidiyyəti dövlət qurumlarımız öz dəstəyini, köməyini ifadə etdilər. Bu, Azərbaycanın dövlət başçısının sülhsevərliyinin, qonşuluq münasibətlərinə hörmətlə yanaşmasının bariz nümunəsidir. Bundan sonra da belə olacaq. Azərbaycan qonşu dövlətlərlə dostluq münasibətlərinə böyük önəm verir. İnanırıq ki, tezliklə Azərbaycan səfirinin və diplomatik korpusun İrana qayıtması məsələsi də həll olunacaq”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Cavanşir Paşazadə deyib. 

 

“Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi böyük hadisədir. Azərbaycan İranla qonşu ölkədir. Loqistika sahəsi, yolların çəkilməsi, yaşıl enerji, suvarma su anbarlarının yaradılması kimi mühüm sahələrlə bağlı Azərbaycanla İran arasında müqavilə var”, - deputat bildirib. 

 

Aytəkin Qardaşova 

Tarix: 20 May 2024, 10:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin