“İran İslam Respublikasının Prezidenti İbrahim Rəisinin və ölkənin xarici işlər nazirinin, digər rəsmi heyətin helikopter qəzasında həlak olmaları ilə bağlı İranda milli matəm elan edilib. Azərbaycan Prezidenti cənab İlham Əliyev hələ qəzanın nəticələri bəlli olmadan öncə İran rəhbərliyinə bildirdi ki, ölkəmiz axtarış işləri ilə bağlı İrana hər cür köməklik göstərməyə hazırdır. Qəzanın nəticələri məlum olandan sonra da cənab Prezident İran rəhbərliyinə başsağlığı verdi. Bir daha vurğuladı ki, Azərbaycan-İran münasibətləri mehriban dostluq, qonşuluq münasibətləridir. Bütün bu reallıqlar fonunda faciəvi hadisə ilə əlaqədar müxtəlif ölkələrin mətbu orqanlarında, mediasında fərqli yanaşmalar öz əksini tapmaqdadır. Helikopterin texniki nasazlığı ucbatından hadisənin duman şəraitində baş verməsi ilə bağlı fikirlər də var. Bu, daha böyük üstünlük təşkil edən mövqedir”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat bildirib ki, kimlərsə helikopter hadisəsində ABŞ-nin və İsrailin əlinin olması barədə mövqelər səsləndirir, iddialar ortaya qoyur: “Bu spekulyasiyalara helikopterin qara qutusu tam araşdırılandan və rəsmi mövqe ortaya qoyulandan sonra son qoyulacaq. Və rəsmi mövqe elə bir mövqe olmalıdır ki, hər hansı siyasi məqsəd daşımamalıdır. Həqiqəti və reallığı əks etdirməlidir. İnanırıq ki, faciənin əsl səbəbi araşdırıldıqdan sonra daha düzgün qiymətləndirmələr olacaq. Hazırda isə geniş yayılmış versiya və yanaşma hadisənin hava şəraitinin dumanlı olması nəticəsində baş verməsidir. Bunu təsdiqləyən digər amillər var. Çünki yola düşən xilasetmə helikopterləri də duman və dağlıq ərazi olması səbəbindən xeyli müddət eniş edə bilmədilər. Bütün bunlar İbrahim Rəisi və rəsmi heyətin helikopteririn əlverişsiz hava şəraiti səbəbindən qəzaya uğraması versiyasını gücləndirir”.
Aytəkin Qardaşova
25 May 00:24
25 May 00:09
24 May 23:15
24 May 22:40
24 May 22:31
24 May 22:08
24 May 22:04
24 May 21:21
24 May 21:18
24 May 19:35
24 May 19:22
24 May 19:18
24 May 18:11
24 May 17:55
24 May 17:21
24 May 16:57
24 May 16:29
24 May 16:07
24 May 15:59
24 May 15:53
24 May 15:37
24 May 15:34
24 May 15:29
24 May 15:21
24 May 15:11
24 May 14:28
24 May 13:44
24 May 13:41
24 May 12:58
24 May 12:47
24 May 12:37
24 May 12:35
24 May 11:46
24 May 11:22
24 May 11:19
24 May 10:28
24 May 09:05
24 May 09:02
24 May 09:00
24 May 08:53
24 May 08:49
23 May 23:23
23 May 22:50
23 May 22:38
23 May 22:26
23 May 21:52
23 May 21:48
23 May 21:33
23 May 21:26
23 May 20:08
23 May 20:02
23 May 19:14
23 May 19:12
23 May 19:09
23 May 18:59
23 May 18:32
23 May 18:22
23 May 18:04
23 May 17:53
23 May 17:47
23 May 17:32
23 May 17:13
23 May 17:03
23 May 17:00
23 May 16:53
23 May 16:48
23 May 16:41
23 May 16:36
23 May 15:58
23 May 15:56
23 May 15:49
23 May 15:45
23 May 15:44
23 May 15:43
23 May 15:26
23 May 15:23
23 May 14:56
23 May 14:50
23 May 14:42
23 May 14:37
23 May 14:32
23 May 14:26
23 May 14:23
23 May 14:08
23 May 13:51
23 May 13:49
23 May 13:46
23 May 13:22
23 May 13:20
23 May 13:19
23 May 13:09
23 May 13:01
23 May 13:00
23 May 12:58
23 May 12:55
23 May 12:40
23 May 12:37
23 May 12:33
23 May 12:30
23 May 12:28
23 May 12:27
23 May 11:58
23 May 11:48
23 May 11:40
23 May 11:37
23 May 11:28
23 May 11:26
23 May 11:05
23 May 10:53
23 May 10:42
23 May 10:36
23 May 10:32
23 May 10:08
23 May 10:06
23 May 10:03
23 May 10:03
23 May 09:56
23 May 09:42
23 May 09:34
23 May 09:32
23 May 09:22
23 May 09:05
23 May 08:56
23 May 08:51
23 May 08:43
23 May 08:38
23 May 08:26
23 May 08:21
23 May 08:17
23 May 08:15
23 May 08:11
23 May 08:07
23 May 08:03
23 May 07:42
23 May 07:37
23 May 07:32
23 May 07:29
23 May 07:27
23 May 07:24
23 May 02:43
23 May 02:41
22 May 21:52
22 May 21:48
22 May 20:54
22 May 20:49
22 May 20:44
22 May 19:15
22 May 18:59
22 May 18:58
22 May 17:49
Ən son xəbərləri səhifəmizdən də izləyin