BURADA REKLAMINIZ OLA
BİLƏR

Ali Məhkəmə qırmızı işıqda piyadanı vuraraq öldürən sürücünün şikayətini təmin etmədi

Bakıda yol qəzası törətməkdə təqsirləndirilən Lətif Abasovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.   

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

İttihama görə, hadisə 24 oktyabr 2021-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, A.Kunanbayev küçəsində yerləşən “Kəmalə Nərmin” şadlıq sarayının qarşısında qeydə alınıb.

 

Belə ki, 1999-cu il təvəllüdlü Lətif Abasov idarə etdiyi “Hyundai” markalı avtomobillə hərəkətdə olarkən işıqforun qırmızı işığından keçərkən piyada, 1963-cü il təvəllüdlü Vüqar Hüseynovu vurub. Xəstəxanaya aparılan yaralı orada ölüb.

 

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə o, 4 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. Lətif Abasov cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. 

 

Kamal Məmmədov

 

 

Tarix: 21 May 2024, 08:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin